Müəllif - Aida İsaq, Banco.az
2022-ci ilin ikinci yarısında Yaponiya Rusiya neftinin alışını təxminən 90 faiz, kömür idxalını isə 60 faiz azaldıb.
Banco.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib. O, ölkəsinin neft və kömür daxil olmaqla enerji daşıyıcılarından tədricən asılılıqdan çıxmaq öhdəliyinə sadiq qaldığını qeyd edib.
Ümumilikdə, son bir ildə Yaponiya Rusiya tədarükçülərindən neft alışını 56,4 faiz, kömür 41,3 faiz, əlvan metal filizlərini isə 38,8 faiz azaltmağa nail olub. Eyni zamanda, LNG idxalı bir qədər artaraq 4,6 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!