Müəllif - Aida İsaq, Banco.az
Danimarka ilk dəfə qlobal rəqabətlilik indeksi üzrə reytinqdə lider olub.
Banco.az xəbər verir ki, siyahıda ikinci yerdə İsveçrə, üçüncü pillədə isə Sinqapur yer alıb. 2021-ci ildə olduğu kimi, ötən ilin reytinqində ABŞ 10-cu, Almaniya isə 15-ci yerdə qərarlaşıb. Dünya Rəqabətlilik Mərkəzinin direktoru professor Arturo Bris Danimarkanın Avropa bazarında kiçik ölkə olmağın avantajlarından yararlanaraq davamlılıq nümayiş etdirdiyini bildirib. Şimali Avropa ölkəsinin son beş ildə rəqabətlilik göstəricisi müvafiq olaraq 6-cı yerdən 8-ci yerə, 2-ci yerə, 3-cü yerə və nəhayət 1-ci yerə yüksəlib.
Qeyd edək ki, “Qlobal Rəqabətlilik İndeksi 2022” 163 müxtəlif mənbədən götürülmüş 63 ölkənin iqtisadi rəqabət qabiliyyətini əhatələyib. Araşdırmalar iqtisadi göstəricilər, hökumətin səmərəliliyi, biznesin səmərəliliyi və infrastruktur olmaqla dörd əsas amilin üzərindən aparılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!