Bu ölkə “qızıl viza”ların verilməsini dayandıracaq | Banco.az

Bu ölkə “qızıl viza”ların verilməsini dayandıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

İspaniya hökuməti bu ilin aprelindən etibarən xarici vətəndaşlara investisiyalar müqabilində “qızıl viza”ların - yaşayış icazələrinin verilməsini dayandıracaq.

Banco.az xəbər verir ki, bu barədə “Resmi Dövlət Qəzeti”ndə dərc olunan 
 düzəlişlərdə deyilir.

“Keçid müddəasının qüvvəyə mindiyi tarixə qədər verilmiş vizalar və investor icazələri nəzərdə tutulmuş müddətin sonuna qədər qüvvədə qalacaq. Dəyişikliklər qüvvəyə minməmişdən əvvəl viza üçün müraciət etmiş investorlar və ya onların qohumları bu icazəni müraciət tarixində qüvvədə olan qaydalara uyğun şəkildə ala bilərlər”, - sənəddə bildirilir. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “qızıl viza” proqramı Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşlarına, ilk növbədə daşınmaz əmlaka sərmayə qoymaqla yaşayış icazəsi almağa imkan verir. İspaniyada ən çox yayılmış variant minimum 500 min avro dəyərində daşınmaz əmlakın alınmasıdır. Digər variantlar İspan şirkətlərinin səhmlərinə 1 milyon avro və ya İspaniya dövlət qiymətli kağızlarına 2 milyon avro investisiya etməkdir.