Müəllif - Aida İsaq, Banco.az
2022-ci il avqustun 1-dən 2023-cü il martın 31-dək İspaniya qaz istehlakını son beş ilin orta göstəricisi ilə müqayisədə 11% azaldıb.
Banco.az xəbər verir ki, ölkə yanacaq istehlakını 232,430 GVt/saata qədər azaldıb. Müvafiq səviyyə Aİ-də əvvəllər razılaşdırılmış qaz istehlakının könüllü 15% azaldılmasından aşağıdır. Əhəmiyyətli şəkildə azalma məişət istehlakında, şirkətlər və sənaye sektorunda qeydə alınıb.
Bununla yanaşı, elektrik enerjisi istehsalı üçün qaza tələbat əvvəlki beş illə müqayisədə 42% artaraq 86 170 GVt/saata çatıb. Eyni zamanda, fevral ayında İspaniya Rusiyadan mayeləşdirilmiş təbii yanacağın (LNG) idxalını əhəmiyyətli dərəcədə artırıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 151,4% çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!