Bu ölkə pul sisteminin islahatına başlayır | Banco.az

Bu ölkə pul sisteminin islahatına başlayır

Kuba rəhbərliyi 2021-ci ilin yanvarında maliyyə sistemində adada 1994-cü ildən bəri mövcud olan iki rəsmi milli valyutadan birinin - konvertasiya olunan pesosunun dövriyyədən çıxarılmasını nəzərdə tutan islahatlara başlayacaq.

TASS-a istinadən , bunu Kuba prezidenti Migel Dias-Kanel dövlət televiziyasının efirində elan edib.

Onun sözlərinə görə, pul sistemini 1 yanvar 2021-ci il tarixindən vahid məzənnə - 1 ABŞ dolları = 24 Kuba pesosu ilə qaydaya salmağa başlamaq üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, 1994-cü ildən bəri Kubada iki rəsmi valyuta qüvvədədir - Kuba pesosu və dövriyyəyə buraxıldığı andan respublikada ABŞ dollarını əvəz etmək üçün nəzərdə tutulan Kubanın konvertasiya olunan pesosu. Hazırda vətəndaşlar üçün konvertasiya olunan pesonun rəsmi məzənnəsi 1 ABŞ dolları və ya 24 Kuba pesosudur, müəssisələr üçün isə 1 ABŞ dolları və ya 1 Kuba pesosudur.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram