Bu ölkə piyada və velosiped yollarına 100 milyon avro sərmayə qoyacaq | Banco.az

Bu ölkə piyada və velosiped yollarına 100 milyon avro sərmayə qoyacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Litva bir neçə il ərzində piyada və velosiped yolları şəbəkəsinin inkişafına 100 milyon avro sərmayə qoyacaq.

Banco.az xəbər verir ki, bu barədə Yerli Hökumətlər Assosiasiyasının prezidenti vəzifəsini icra edən Audrius Klişonis məlumat verib.

“Nəqliyyat və Rabitə Nazirliyi 2027-ci ilə qədər piyada və velosiped yollarının infrastrukturunun inkişafı üçün ayrılmış Avropa fondlarından 100 milyon avro ayırmaq qərarına gəlib”, - deyə assosiasiyanın nümayəndəsi bildirib.

Məlumata görə, bu vəsait 25 mindən çox əhalinin yaşadığı 18 bələdiyyəyə veriləcək.

Qeyd edək ki, Litvada velosiped yolları şəbəkəsi təxminən 3 min km-dir. 2035-ci ilə qədər 5 min km-ə çatdırılması planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram