Müəllif: Tamara Mustafayeva, Banco.az
Almaniya öz vətəndaşları üçün Çinə BioNTech peyvəndi göndərir.
Banco.az xəbər verir ki, Almaniya Çin hökuməti ilə əldə edilən sərhəddən istifadə razılaşmasına uyğun olaraq BioNTech tərəfindən hazırlanmış Kovid-19 peyvəndlərini bu ölkədə yaşayan vətəndaşlarının vaksinasiyası üçün paytaxt Pekinə göndərib.
Almaniyanın Pekindəki səfiri Patrisiya Flor Çindəki alman vətəndaşlarının yaxın həftələrdə BioNTech peyvəndindən faydalana biləcəklərini açıqlayıb.
Qeyd edək ki, Türkiyəli alim Uğur Şahin tərəfindən yaradılan Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanan peyvənd Çində istifadə edilən ilk idxal peyvəndi olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!