Bu ölkə "Netflix"ə 4,75 milyon avro cərimə kəsib | Banco.az

Bu ölkə "Netflix"ə 4,75 milyon avro cərimə kəsib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Netflix” platformasına Niderlanddan 4,75 milyon avro cərimə kəsilib.

Banco.az xəbər verir ki, Amerikanın texnologiya və media istehsalı şirkəti “Netflix” Niderlandda məlumatlara giriş cəzası ilə üzləşib.

Niderlandın Məlumatların Mühafizəsi Təşkilatı (DPA) belə nəticəyə gəlib ki, “Netflix” müştərilərinə onların məlumatları ilə nə edəcəyi ilə bağlı kifayət qədər məlumatlandırmır. Bu isə GDPR məlumat əldə etmək hüququnun pozulmasıdır. 

Xatırladaq ki, Aİ vətəndaşları məlumatlarının surətini və bu məlumatdan necə istifadə olunmasını tələb etmək hüququna malikdirlər.

Ümumi Məlumatların Qorunması Qaydası (GDPR) çərçivəsində tətbiq edilən cəza 4,75 milyon avrodur. Qərara etiraz edən “Netflix” apellyasiya şikayəti verə bilər, buna görə də bu qərar yekun xarakter daşımır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Netflix” təkcə 2023-cü ildə təxminən 33,7 milyard dollar illik gəlir əldə edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram