Bu ölkə neft məhsullarının ixracını qadağan etməyə hazırlaşır | Banco.az

Bu ölkə neft məhsullarının ixracını qadağan etməyə hazırlaşır

Müəllif - Aida İsaq, Banco.az

Qazaxıstanda benzin, dizel yanacağı və bəzi neft məhsullarının ixracını qadağan edilə bilər.

Banco.az xəbər verir ki, məhdudiyyətlərin dörd ay davam edəcəyi bildirilir. Qadağa bütün nəqliyyat növləri ilə ixraca şamil ediləcək. Bununla yanaşı, qadağalar aviasiya yanacağına və bir sıra digər yanacaq kateqoriyalarına aid edilməyəcək.

Qeyd edək ki, daha öncə ölkə neft məhsullarının avtomobil nəqliyyatı ilə ixracına qoyulan qadağanın müddətini uzadıb. Qazaxıstanın Energetika Nazirliyi bu addımı sərhədyanı ərazilərdə yanacaq və sürtkü yağlarına yüksək tələbat və daxili çatışmazlıqla əlaqələndirib. Buna səbəb isə ölkədə benzin və dizel yanacağının pərakəndə satış qiymətinin Rusiya, Özbəkistan və Qırğızıstanla müqayisədə aşağı olmasıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram