Müəllif:Ayşən İmanova/Banco.az
Tayvan hakimiyyəti 2025-ci ildə adada müdafiə xərclərini rekord həddə - 647 milyard yeni Tayvan dollarına( 19,76 milyard ABŞ dolları) çatdırmağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə adanın prezidenti Lai Qinqde bildirib.
Bu, 2024-cü illə müqayisədə 6% çoxdur.
Məlumata görə, müdafiə xərcləri büdcənin dördüncü ən böyük maddəsinə çevriləcək. Qeyd edilib ki, bu məbləğə fondlara və fövqəladə büdcəyə töhfələr də daxildir.
Adanın icra başçısı bildirib ki, büdcə təklifi hökumətin Tayvanın üzləşdiyi getdikcə mürəkkəbləşən daxili və xarici çağırışlarla mübarizə öhdəliyini əks etdirir. Onların arasında qeyri-sabit beynəlxalq vəziyyət, iqlim dəyişikliyi, süni intellektin inkişafı, demoqrafik dəyişikliklər və bir sıra digərlərini qeyd etmək olar.
Qeyd edək ki, büdcə layihəsini qəbul etmək üçün Qanunverici Yuanın (adanın ən yüksək qanunverici orqanı) təsdiqi tələb olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!