Bu ölkə "Mir" kartlarından imtina etməsinin səbəbini açıqladı | Banco.az

Bu ölkə "Mir" kartlarından imtina etməsinin səbəbini açıqladı

Müəllif - Aida İsaq, Banco.az

Xəbər verdiyimiz kimi Qırğızıstan bankları “Mir” kartları ilə xidmət göstərməyi dayandırıb. Banco.az xəbər verir ki, ölkənin mərkəzi bankının rəhbər müavini Kayip Kulenbekov bu addımın ABŞ-ın sanksiyalarından qorunmaq məqsədi ilə atıldığını qeyd edib.

Onun sözlərinə görə, hazırda 9-10 kredit təşkilatı, o cümlədən “Qırğızıstan Bankı”, “Bakai-bank”, “Doskredobank” və digərləri “Mir” sistemi ilə işləməkdən imtina edib.

Qeyd edək ki, bundan öncə Türkiyə, Vyetnam və Ermənistanın böyük bankları “Mir” kartlarına xidmət göstərməyi dayandırıb. Qazaxıstan və Tacikistan isə Rusiya ödəniş sistemi ilə işləməklə bağlı qərar verməyi bankların öz öhdəliyinə buraxıb. ABŞ isə baş verən hadisələr fonunda ölkələri "Mir" kartları ilə xidmət göstərdiyi təqdirdə müxtəlif sanksiyaların tətbiqi ilə hədələyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et