Bu ölkə milyonçuların sayına görə ən sürətlə böyüyən ölkə olub | Banco.az

Bu ölkə milyonçuların sayına görə ən sürətlə böyüyən ölkə olub

Müəllif:Ayşən İmanova/Banco.az

Vyetnam milyonçuların sayına görə ən sürətlə böyüyən ölkəyə çevrilib.

Banco.az xəbər verir ki, bu barədə İsveçrənin “Henley & Partners” və Cənubi Afrikanın “New World Wealth” şirkətləri tərəfindən hazırlanan hesabatda deyilir.

Məlumata görə, 2013-cü ildən 2023-cü ilə qədər ölkədə milyonçuların sayı iki dəfə artaraq 19 400 nəfərə çatıb ki, bu da dünyada ən sürətli artım olub. Bununla yanaşı, Vyetnamda sərvəti 100 milyon dollar və ya daha çox olan , sentimilyonerlər adlandırılan ultra varlıların sayı 58-ə çatıb.

Ultra varlı insanların sayında artım baxımından Vyetnamıdan sonra Çin(92%), Mavrikiy (87%) və Hindistan (85%) gəlir. 

Hesabatda həmçinin Vyetnamın ümumi əhalisinin növbəti on il ərzində 125% artacağı və ən sürətli artım üzrə dünya rekordu qıracağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et