Müəllif - Aida İsaq, Banco.az
Rusiya yerli şərabın onlayn satışını sınaqdan keçirəcək. Banco.az xəbər verir ki, hökumətin qanun layihəsinə əsasən, “Russia Post” saytından spirtli içkiləri əldə etmək olar.
Müvafiq layihənin Moskvada və regionda növbəti ilin noyabrın 1-dən başlayaraq, 2026-cı il iyulun 31-dək davam etməsi nəzərdə tutulub. Məhsullar sifariş təsdiqləndikdən sonra 24 saat ərzində çatdırılacaq.
Sənaye və ticarət nazirliyi bu təşəbbüsü dəstəkləyib. Maliyyə Nazirliyi isə sözügedən layihənin Rusiya şərabçılıq sahəsinin inkişafına stimul verəcəyini qeyd edib. Nazirliyin qənaətinə görə, tələb balansı milli məhsulların xeyrinə dəyişəcək. Səhiyyə Nazirliyi isə əks mövqedən çıxış edərək, azyaşlıların spirtli içki almağa başlayacağından narahatdır.
Bizi sosial şəbəkələrdən izləyin!!