Müəllif - Aida İsaq, Banco.az
İndoneziya milli kriptovalyuta mübadiləsi mexanizmini işə salacaq.
Banco.az xəbər verir ki, hökumətin bu addımı maliyyə sektorunda islahatlarla əlaqədardır. Müvafiq qanun layihəsinə nəzarətin yeni tənzimləyici orqana həvalə olunmasından öncə lazımi tədbirlərin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulub.
Hazırda kripto aktivlərə nəzarət mexanizmini Əmtəə Fyuçers Ticarəti üzrə Tənzimləmə Agentliyi (BAPPEBTI) həyata keçirir. Yaxın iki ildə Maliyyə Xidmətləri Təşkilatının bu vəzifəni öz üzərinə götürəcəyi bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!