Müəllif:Ayşən İmanova/Banco.az
Çin hökuməti bu ilin əvvəlindən məşğulluğu stimullaşdırmaq üçün subsidiya kimi 66,7 milyard yuan (təxminən 9,5 milyard dollar) ayırıb.
Banco.az xəbər verir ki, bu barədə Çinin maliyyə naziri Lan Foan bildirib.
Vəsaitlər regional hakimiyyət orqanlarına universitet məzunları kimi əsas kateqoriyalı vətəndaşları işə götürməyə kömək etmək, habelə peşə hazırlığı proqramlarını təşkil etmək üçün istifadə edilib.
Nazir həmçinin qeyd edib ki, yanvar-sentyabr aylarında Çin büdcəsinin təhsilə xərcləri 3 trilyon yuana (təxminən 425 milyard dollar) çatıb.
Çin Milli Statistika Bürosunun məlumatına görə, 2023-cü ildə 12,44 milyon yeni iş yeri açılıb. İşsizlik səviyyəsi isə 0,4 faiz bəndi azalaraq 5,2%-ə düşüb. 2024-cü ilin yanvar-avqust aylarında bu rəqəm eyni səviyyədə qalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!