Müəllif - Aida İsaq, Banco.az
Əlcəzair Liviyanın neft-qaz sektoruna investisiya yatırmaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə Əlcəzairin Energetika naziri Məhəmməd Arkab Karbohidrogen İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin neft nazirlərinin görüşü zamanı bildirib. Dəyirmi masada Əlcəzairin dövlət enerji şirkətinin prezidenti Sonatraç Toufik Hakkar və Əlcəzairin OPEK-dəki nümayəndəsi Əşrəf Ben Hüseyn, habelə Liviyanın OPEK-dəki daimi nümayəndəsi Mustafa Abdullah bin İsanın müşayiəti ilə Liviyanın neft naziri Məhəmməd Aun iştirak edib.
Tərəflər şist karbohidrogen hasilatı sahəsində əməkdaşlığı müzakirə ediblər. Aun Tripolinin neft-qaz sektorunun inkişaf perspektivlərini və növbəti mərhələ üçün kəşfiyyat proqramını nəzərdən keçirib. O, həmçinin Əlcəzair şirkətlərini tezliklə Liviyaya qayıtmağa və kəşfiyyat işlərini başa çatdırmağa çağırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!