Müəllif:Ayşən İmanova/Banco.az
Yaponiyada dünyada ilk dəfə kosmosa buraxılacaq taxta peyk hazırlanıb.
Banco.az xəbər verir ki, bu barədə Kioto Universiteti məlumat yayıb.
Məlumata görə, mütəxəssislər “LignoSat” peykinin hazırlanmasına təxminən dörd il sərf ediblər.
Belə bir peykin yaradılması ideyası ətraf mühitə olan qayğıya əsaslanır. Belə ki, missiyasını başa vurduqdan sonra Yerə qayıdan peyk atmosferə daxil olduqdan sonra tamamilə yanacaq.
Kub formasında olan peykin divar ölçüləri 10 sm və qalınlığı isə 4-5,5 mm-dir. Onun dizaynında alüminiumdan hazırlanmış bir neçə qapı var. O, həmçinin cəmi 1 kq ağırlığında olan günəş panelləri ilə təchiz olunub.
Peykin yığılması zamanı yapon ənənəvi ağac emalının xüsusi texnologiyasından istifadə olunub ki, bu da bərkidicilərin və ya hər hansı yapışdırıcı materialların istifadəsini tələb etmir.
Peykin bu il “SpaceX2” raketi ilə kosmosa buraxılacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!