Bu ölkə koronavirusun yeni ştammı səbəbindən sərhədləri bağlayır | Banco.az

Bu ölkə koronavirusun yeni ştammı səbəbindən sərhədləri bağlayır

Tamara Mustafayeva, Banco.az

Yaponiya xarici vətəndaşların ölkəyə daxil olmasını qadağan edəcək.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, koronavirusun yeni "Omicron" ştammının aşkarlanmasından sonra ən kəskin səyahət məhdudiyyətini Yaponiya tətbiq etməyə hazırlaşır. Ölkə 30 noyabr tarixindən etibarən xarici vətəndaşların ölkəyə daxil olmasına icazə verməyəcək.

Bu barədə Yaponiyanın Baş Naziri Fumio Kişida paytaxt Tokioda jurnalistlərə açıqlamasında bildirib.

Sözügedən qadağa yeni ştammla bağlı ətraflı məlumat əldə edilənə qədər qüvvədə olacaq.

Qeyd edək ki, Baş Nazir qadağanın Yaponiyada yaşayan və işləyən xarici vətəndaşlara şamil edilib-edilməyəcəyi barəsində isə açıqlama etməyib. Bununla yanaşı, risk qrupuna daxil olan ölkələrdən Yaponiyaya qayıdan ölkə vətəndaşlarına da sərt karantin müddəti tətbiq ediləcəyi vurğulanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram