“Speedtest” xidmətinin analitikləri 233 provayderdən 62 ölkənin internet qiymətlərini araşdırıblar.
Araşdırma nəticəsində dünya ölkələri üzrə internetin sürətinə görə reytinq müəyyən olunub.
Məlumata əsasən, dünyanın orta internet sürəti 70 Mbit/s-dir.
Reytinqə görə, dünyada ən sürətli internet Macarıstanda, ən zəif internet isə Tacikistandadır. Macarıstanda internetin sürəti 1 Gb/s-dir. Tacikistanda isə bu rəqəm 1Mb/s-dir.
İnternet sürətinə görə Azərbaycan qardaş Türkiyə ilə eyni pilləni tutur, bizdə internetin maksimal sürəti saniyədə 35 Mbit qiymətləndirilir.
Ted.az