Müəllif - Aida İsaq, Banco.az
Rusiya internet istifadəçilərinin sayına görə Avropada üstünlüyü ələ alıb.
Banco.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının baş naziri Mixail Mişustin bildirib. Onun sözlərinə görə, ölkəsi internetdən istifadə edən vətəndaşların sayına görə Avropada birinci yerdə qərarlaşıb. Eyni zamanda o, Rusiyanın ötən ilin sonunda şəbəkəyə evdən və mobil çıxışın mövcudluğuna görə dünya üzrə altıncı, məlumat mərkəzləri baxımından isə onuncu pillədə qərarlaşdığını bildirib. Baş nazir Qərbin “qərəzli” mövqeyinə baxmayaraq Rusiyanın rəqəmsallaşma sahəsindəki uğurlarının davamlı olduğunu vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!