Bu ölkə ilin sonunadək turizm sənayesindən 53 milyard dollar gəlir əldə etməyi planlaşdırır | Banco.az

Bu ölkə ilin sonunadək turizm sənayesindən 53 milyard dollar gəlir əldə etməyi planlaşdırır

Müəllif:Ayşən İmanova/Banco.az

Tailand ilin sonuna kimi 36 milyon xarici turist qəbul etməyi və turizm sənayesindən 53 milyard dollar gəlir əldə etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə “Bangkok Post” qəzeti məlumat yayıb.

Tailandın Turizm İdarəsinin rəhbəri Tapani Kiatphaibunun sözlərinə görə, buna 93 ölkənin vətəndaşları üçün tətbiq edilən 60 günlük vizasız rejim, habelə hava səfərlərinin 82 %-nin COVID pandemiyası ərəfəsindəki səviyyədə bərpası kömək etməlidir.

Qeyd edək ki, cari ilin əvvəlindən Tailanda 23 milyondan çox turist gəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et