Bu ölkə hər gün bitkoin alacaq | Banco.az

Bu ölkə hər gün bitkoin alacaq

El Salvador dövləti hər gün davamlı olaraq bitkoin almağa başlayacaq. 

Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Amerikanın adı çəkilən respublikasının lideri Nayib Bukele öz “Twitter” səhifəsində bildirib. O, "Sabahdan başlayaraq hər gün bir bitkoin alacağıq" deyə qeyd edib. 

Məlumata görə, bu günə qədər San Salvadorun sərəncamında 2,38 min bitkoin var. “Binance” kriptovalyuta birjasına görə isə bir bitkoin 16 570 dollar dəyərindədir.

Oktyabrın ikinci yarısında Mərkəzi Amerika Universitetinin apardığı sorğulara görə,  El Salvadorluların 77,1%-nin prezident Bukelenin dövlətin büdcəsi ilə bitkoin almağa davam etməsini istəmədikləri məlum olub.

Qeyd edk ki, iyun ayında El Salvadorun Qanunvericilik Assambleyası bitkoini ölkənin qanuni ödəniş vasitəsi kimi istifadəsinə icazə verən qanunu təsdiqləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram