Bu ölkə “Google”u bir milyard avro vergidən yayınmaqda ittiham edir | Banco.az

Bu ölkə “Google”u bir milyard avro vergidən yayınmaqda ittiham edir

Müəllif:Ayşən İmanova/Bano.az

İtaliya, şirkətin Romadakı hakimiyyət orqanları ilə vergi mübahisəsini həll etməsindən 7 il sonra “Google”dan ödənilməmiş vergi və cərimələrə görə 1 milyard avro ödəməsini tələb edir.

Banco.az xəbər verir ki, istintaq 2022-ci ilin dekabrında açılıb və “Google”a qarşı iddialar 2018-2022-ci illəri əhatə edir.

İstintaq aparan Milan prokurorluğunun məlumatına görə, “Google” İtaliyada əldə etdiyi gəliri bəyan etməyib və ona görə vergi ödəməyib. Oxşar iddialar bundan öncə də ölkə hakimiyyəti tərəfindən irəli sürülüb, yalnız ittihamın əsasları fərqlidir.

“Google”, ittihamlara cavab olaraq, İtaliya da daxil olmaqla, fəaliyyət göstərdiyi bütün ölkələrdə vergi qanunlarına riayət etdiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et