Bu ölkə gənclərə evdən çıxmaları üçün pul ödəyir | Banco.az

Bu ölkə gənclərə evdən çıxmaları üçün pul ödəyir

Müəllif:Ayşən İmanova/Banco.az

Cənubi Koreya gənclərə evdən çıxmaları üçün ayda 500 dollar ödəyir.  Yardım 9 yaşdan 24 yaşa qədər gənclərə şamil olunur.

Banco.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Ailə Nazirliyi bildirib. 

Nazirlik qeyd edib ki, yeni tədbir gəncləri məktəbə qayıtmağa, iş axtarmağa və "gündəlik həyatlarını bərpa etməyə" təşviq etmək məqsədi daşıyır.

Koreya Sağlamlıq və Sosial Məsələlər İnstitutunun məlumatına görə, Cənubi Koreyada 19-39 yaş arası təxminən 350.000 insan (bu yaş qrupunun təxminən 3%-i) tənha və ya təcrid olunmuş hesab olunur.

Bu həyat tərzi ölkə iqtisadiyyatına və Cənubi Koreya cəmiyyətinin demoqrafik perspektivlərinə mənfi təsir göstərir. Bundan əlavə, hakimiyyət bu yolla ölkədə doğum səviyyəsini artırmaq istəyir, çünki 2023-cü ildə Cənubi Koreya dünyada doğum nisbəti birdən aşağı olan yeganə dövlət olub. Bu o deməkdir ki, hər qadına orta hesabla 0,78 körpə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda təxminən 338 min Koreyalının belə ödəniş aldığı qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et