Bu ölkə enerji böhranından çıxış yolunu AES-lərdə görür | Banco.az

Bu ölkə enerji böhranından çıxış yolunu AES-lərdə görür

Tamara Mustafayeva, Banco.az

Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Naziri Robert Habek qış aylarında ölkənin üzləşə biləcəyi enerji çatışmazlığı vəziyyətində ölkədə qalan üç atom elektrik stansiyasından (AES) ikisinin 2023-cü ilin aprel ayının ortalarına qədər fövqəladə ehtiyat olaraq gözləmə rejimində saxlanılacağını açıqlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Habek paytaxt Berlində keçirdiyi mətbuat konfransında ölkədəki elektrik sistemi üçün həyata keçirilən stres testinin nəticəsinə görə ölkənin qış aylarında enerji böhranı ilə üzləşməsinə çox da ehtimal vermədiklərini söyləyib.

Əks təqdirdə isə, ölkədə qalan üç atom elektrik stansiyasından ikisinin, yəni Bavariyadakı Isar 2 və Baden-Vürtemberqdə Neckarwestheim 2 AES-lərinin 2023-cü ilin aprel ayının ortalarına qədər fövqəladə ehtiyat olaraq gözləmə rejimində saxlanılacağını bildirib.

“Bu yolla (atom elektrik stansiyalarını gözləmə rejimində saxlamaqla) ən pis senari reallaşdığı təqdirdə, hərəkətə keçə bilərik”, - deyə Habek qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniya Moskvanın “Şimal axını 1” qaz kəməri ilə qaz axını dayandırması qərarından sonra yaranan spiral enerji böhranı ilə qarşı-qarşıyadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et