Müəllif:Ayşən İmanova/Banco.az
Tacikistan Çin şirkətləri ilə əməkdaşlıq edərək öz elektrik avtomobillərinin istehsalına başlamağı planlaşdırır.
Banco.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
Ölkə hökuməti yanında Gömrük Xidmətinin məlumatına görə, 2023-cü il ərzində Tacikistana ümumilikdə 59 milyon dollar dəyərində 3316 elektromobil, 2024-cü ilin birinci yarısında isə 76,4 milyon dollar dəyərində 5266 elektromobil idxal edilib. Belə ki, idxal olunan avtomobillərin ümumi sayının 26,7 faizini (19,7 mindən çox) elektromobillər təşkil edib.
2028-ci ilə qədər hökumətin təsdiq etdiyi planlara əsasən, Tacikistanda elektrik avtomobilləri və onların komponentlərinin istehsalı üçün baza yaradılmalı, elektriklə işləyən avtomobillərin enerji təchizatı və texniki xidməti infrastrukturu qurulmalı, akkumulyatorların təkrar emalı texnologiyaları yaradılmalıdır.