Bu ölkə elektrik istehlakını azaltmağa hazırlaşır | Banco.az

Bu ölkə elektrik istehlakını azaltmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransa əhalinin elektrik enerjisinə qənaət etməsi üçün tədbirlər görməyə hazırlaşır.

Banco.az xəbər verir ki, Fransanın Elektrik Enerjisinin Ötürülməsi Şəbəkəsi (RTE) 2023-cü ilin yanvar ayında vətəndaşları elektrik enerjisi istehlakını azaltmağa çağıra bilər.

Fransa milli mətbuatında yer alan xəbərlərə görə, RTE qapalı nüvə reaktorlarını yenidən işə salmağın vaxt tələb etdiyini və bunun elektrik sisteminə böyük təzyiq göstərə biləcəyini açıqlayıb.

Ölkədəki 56 nüvə reaktorundan 24-nün bağlandığı bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram