Bu ölkə elektrik enerjisinə qənaət etməyə başlayacaq | Banco.az

Bu ölkə elektrik enerjisinə qənaət etməyə başlayacaq

Tamara Mustafayeva, Banco.az

İsveçrə hökuməti enerji böhranının mümkün mənfi təsirlərindən yayınmaq üçün qış aylarında təbii qaz istehlakını 15 faiz azaltmağı hədəfləyib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, hökumətin verdiyi açıqlamada 2022-ci ilin oktyabrından 2023-cü ilin martına qədər ölkə daxilində təbii qaz tələbatını və istehlakını azaltmaq üçün könüllü qənaət kampaniyasının başladıldığı bildirilib.

Bu çərçivədə gələn ilin qış mövsümünün sonuna qədər təbii qaz istifadəsinə 15 faiz qənaət edilməsinin hədəfləndiyi qeyd edilib.

Vurğulanıb ki, mərkəzi istilik və kombi kimi qızdırıcılarda istilik rejimini bir səviyyə endirməklə 5-6 faiz qənaət etmək olar ki, mənzillərdə və inzibati binalarda ikili yanacaq sistemi təbii yanacaqdan maye yanacağa keçiriləcəyi təqdirsə isə bu göstərici 20 faizə çata bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, qənaət kampaniyasının təfərrüatları sentyabr ayında yayımlanacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et