Bu ölkə dünyanın ən güclü elektrik stansiyasını tikəcək | Banco.az

Bu ölkə dünyanın ən güclü elektrik stansiyasını tikəcək

Müəllif:Ayşən İmanova/Banco.az

Çinin dövlət enerji şirkəti "China Three Gorges Renewables Group" 8 giqavat gücündə günəş elektrik stansiyası tikmək niyyətindədir.

Banco.az xəbər verir ki, 10,99 milyard dollarlıq günəş elektrik stansiyası Ordosda (Daxili Monqolustan) yerləşəcək və Çinin şimalındakı Pekin-Tianjin-Hebey bölgəsini elektrik enerjisi ilə təmin edəcək.

Stansiya kompleks enerji layihəsi çərçivəsində tikiləcək. Günəş panelləri ilə yanaşı, ərazidə külək turbinləri, saatda 5 giqavat elektrik enerjisi anbarı və kömürlə işləyən istilik elektrik stansiyası da olacaq.

Tikinti işlərinin 2027-ci ilin iyununda başa çatdırılması gözlənilir.

Qeyd edək ki, dünya üzrə hazırda üç ən böyük günəş elektrik stansiyası da Çində yerləşir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram