Bu ölkə dünyanın ən böyük kreditoruna çevrilib | Banco.az

Bu ölkə dünyanın ən böyük kreditoruna çevrilib

Müəllif - Aida İsaq, Banco.az

Çin inkişaf etməkdə olan ölkələr üçün dünyanın ən böyük kreditoruna çevrilib.

Banco.az xəbər verir ki, bu barədə dünya bankının iqtisadçılarının araşdırmasının nəticələrinə əsasən məlumat verilir. Çin ölkələrə borc vermək hüququ uğrunda ABŞ ilə rəqabət aparırdı. Müvafiq ölkələrə kreditlərin verilməsi üçün maliyyə mənbəyi kimi Çin hakimiyyəti yerli Mərkəzi Bankın ehtiyatlarından yararlanır. Valyuta tənzimləyicisinin bu məqsədlər üçün pul ehtiyatları 3,3 trilyon dollar həcmində qiymətləndirilir.

Məlumata görə, 2016-cı ildən 2021-ci ilə qədər Çinin ən azı iki borclu ölkəsi Pekinə ödəniş etməkdə müəyyən çətinliklərlə üzləşib. Eyni zamanda, maliyyə problemləri koronavirus pandemiyasının nəticələri ilə daha da kəskinləşib. Müqayisə üçün qeyd edək ki, eyni dövrdə Beynəlxalq Valyuta Fondu (BVF) inkişaf etməkdə olan ölkələrə yardım üçün cəmi 144 milyard dollar ayırıb.

Martın 22-də ABŞ senatında dünya bankının Çinə kredit verməsini qadağan edən qanun layihəsi təqdim edilib. Bu təşəbbüs ABŞ hakimiyyət orqanlarının pul və resurslarının ÇXR-ə deyil, onlara daha çox ehtiyacı olan ölkələrə getməsi ilə əlaqələndirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et