Bu ölkə dollardan imtina edir | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bu ölkə dollardan imtina edir

İran xarici dövlətlərlə hesablaşmalarda dollardan istifadəni dayandırmaq qərarına gəlib. Bunu İran İslam Respublikası Mərkəzi Bankının rəsmisi bəyan edib.

Bundan sonra xarici ticarətdə digər valyutalardan, o cümlədən avro, yuan, türk lirəsi, rus rublu və Cənubi Koreya valyutasından istifadə olunacaq.

Mərkəzi Bankın direktor müavini Qulaməli Kamyab qeyd edib ki, İran hazırda bir sıra ölkələrlə başqa pul vahidlərindən istifadəyə dair ikitərəfli müqavilələr bağlamaq imkanlarını nəzərdən keçirir. Onun dediyinə görə, ticarət-iqtisadi əlaqələrin həyata keçirilməsinə imkan yaradacaq belə müqavilələrin imzalanması yaxın vaxtlarda nəzərdə tutulur.

TASS informasiya agentliyinin yaydığı məlumata görə, bu arada Hindistan İxracatçılar Təşkilatları Federasiyası da Rusiya ilə hesablaşmalarda dollardan rupiyə keçmək təşəbbüsü irəli sürüb.

Hindistanlı ixracatçılar hesab edirlər ki, bu, rublun qiymətdən düşməsi ilə bağlı riskləri azalda bilər.

xezerxeber.com