Müəllif - Aida İsaq, Banco.az
Rusiya xarici ölkələrlə ticarət zamanı kriptovalyutadan istifadə etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, bunu ölkənin maliyyə naziri Anton Siluanov da təsdiqləyib. Nazir ticari əlaqələri inkişaf etdirmək istəyən ölkələrlə əməliyyatların kriptovalyuta ilə aparılmasınının ticarəti daha da stimullaşdıra biləcəyini qeyd edib. Eyni zamanda o, müvafiq ödəniş üsulunun daha asan və sürətli olduğunu qeyd edib.
Qeyd edək ki, sentyabrın əvvəlində nazirlik artıq ixrac ödənişlərinin kriptovalyuta ilə həyata keçirilməsinin əlçatan olduğunu açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!