Bu ölkə çip istehsalına rekord məbləğ ayırıb | Banco.az

Bu ölkə çip istehsalına rekord məbləğ ayırıb

Müəllif:Ayşən İmanova/Banco.az

Cənubi Koreya çip istehsalına dəstək olaraq 26 trilyon von (19 milyard dollar) ayırdığını elan edib.

Banco.az xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Yun Sok Yol məlumat verib.

"Hamımızın bildiyi kimi, yarımkeçiricilər total milli müharibənin getdiyi bir sahədir. Qələbə və ya məğlubiyyət kimin qabaqcıl yarımkeçiricilər yarada biləcəyindən asılıdır", - deyə prezident qeyd edib.

Paketə müəyyən sahələrə investisiyaların dəstəklənməsi və vergi güzəştlərinin genişləndirilməsi üçün dövlət tərəfindən idarə olunan Koreya İnkişaf Bankı vasitəsilə 17 trilyon von maliyyə yardımı daxildir.

Bundan əlavə, yarımkeçirici avadanlıq istehsalçılarına və çiplərin dizaynını həyata keçirən şirkətlərə (onları istehsal etmədən) dəstək olmaq üçün 1 trilyon von dəyərində xüsusi fond yaradılacaq. Bildirilib ki, Cənubi Koreyanın çiplərin hazırlanması sənayesində payı qlobal ümumi həcmin cəmi 1%-ni təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et