Müəllif - Aida İsaq, Banco.az
Polşa hökuməti əhali üçün qazın qiymətini cari ilin səviyyəsi üzrə dondurmaq qərarına gəlib. Banco.az xəbər verir ki, bu barədə Polşanın iqlim və ətraf mühit naziri Anna Moskva bildirib.
Ayrı-ayrılıqda, 300 minə yaxın aztəminatlı ailə üçün dövlət qaz pulunun ödənilməsində dəstək göstərəcək. Bu məqsədlə 30 milyard zloti (6,63 milyard dollar) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Qurum rəsmisi onu da vurğulayıb ki, ailələrdən əlavə ödəniş tələb edilməyəcək. Müvafiq qanun layihəsi parlamentdə səsverməyə göndəriləcək.
Qeyd edək ki, bundan əvvəl Anna Moskva Avropa Komissiyasının qazın qiymət həddinin hər min kubmetr üçün üç min dollar səviyyəsində olması təklifini birmənalı qarşılamamışdı. O, indiki səviyyədən bir neçə dəfə yüksək limit ideyasını uğurlu hesab etməyib.
Eyni zamanda Polşa Rusiya neftinin qiymət sərhədinin müəyyən edilməsi ilə bağlı müzakirələrdə radikal mövqedən çıxış etməsi ilə diqqət çəkib. Belə ki, digər ölkələr 65-70 dollar/barel səviyyəsini müzakirə edərkən, Varşava bu səviyyənin 30 dollar olaraq müəyyən edilməsini təklif edib. Bu isə Rusiyanın neftdən qazanc əldə etməsinin qarşısının alınması deməkdir.
Bizi sosial şəbəkələrdən izləyin!!