Bu ölkə AES tikintisinə 10-12 milyard dollar ayıra bilər | Banco.az

Bu ölkə AES tikintisinə 10-12 milyard dollar ayıra bilər

Müəllif:Ayşən İmanova/Banco.az

Qazaxıstan əhalisi referendumda ölkədə atom elektrik stansiyasının tikintisinə razılıq verərsə, hökumət tikintiyə 10-12 milyard dollar ayırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, səsverməyə çıxarılacaq “Alternativ enerji mənbələrindən istifadə haqqında” qanun layihəsinə əsasən, AES-in tikintisi seçicilər tərəfindən bəyənilərsə, o, 2035-ci ilə qədər respublika büdcəsindən ayrılan vəsait hesabına tikilməlidir. 

Sənəd iyunun 5-də dərc edilib və 2024-cü il iyulun 27-dək ictimai müzakirə mərhələsində olacaq.

Qeyd edilib ki, atom elektrik stansiyasının tikintisi layihəsinin beynəlxalq investorlar konsorsiumu tərəfindən həyata keçirilməsi planlaşdırılır. Ölkənin Energetika Nazirliyinin məlumatına görə, tikinti 10 ilə qədər çəkə bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram