Bu ölkə ABŞ-dən 2 milyard dollara qədər hərbi kredit istəmək niyyətindədir | Banco.az

Bu ölkə ABŞ-dən 2 milyard dollara qədər hərbi kredit istəmək niyyətindədir

Müəllif:Ayşən İmanova/Banco.az

Rumıniya hökuməti hərbi texnikanın alınması və müdafiə sənayesinin inkişafı üçün ABŞ-dən 2 milyard dollara qədər kredit istəmək niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə hökumətdəki mənbələrdən məlumat verilib.

Bildirilib ki, gələn həftə Rumıniya hökuməti Vaşinqtona niyyət məktubu göndərəcək və orada 2 milyard dollara qədər kredit almaq istəyini ifadə edəcək.

Məlumata görə, kreditlə bağlı danışıqlar bir neçə aydır ki, davam edir. 

Qeyd edilib ki, Milli Müdafiə Nazirliyi kreditdə - hərbi texnikanın alınması üçün, İqtisadiyyat Nazirliyi isə müdafiə sənayesinin inkişafı üçün maraqlıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram