Bu neft nəhəngi səhmlərini satışa çıxarmağa hazırlaşır | Banco.az

Bu neft nəhəngi səhmlərini satışa çıxarmağa hazırlaşır

Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanına məxsus tanınmış neft şirkəti "Saudi Aramco"nun sahib olduğu neft boru kəmərlərinin 49%-ni 10-15 milyard dollar aralığında bir qiymətə satmaq üçün ABŞ, Çin və yerli investorlardan təşkil olunmuş konsorsiumla danışıqlara başladığı bildirilib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkətə yaxın mənbədən alınan məlumata görə, sözügedən alqı-satqı prosesinə dair razılaşmanın bu həftə ərzində açıqlanması gözlənilir.

Xəbərdə həmçinin sahib olduğu neft boru kəmərləri üzrə səhmlərin əksər hissəsini əlində saxlamaqla aktivlərin əməliyyat nəzarətinə sahib olan Saudi Aramco şirkətinin 49%-lik səhmlərinin satışı üçün ABŞ-ın satınalma nəhəngi "Apollo Global Management Inc.", enerji investisiya şirkəti "EIG Global Energy Partners", Çin infranstruktur fondu "Silk Road Fund", Çin özəl investisiya fondu "China Reford Fund Management Co" və Səudiyyə pensiya fondunun üzvlərindən ibarət bir qrup investorla danışıqların davam etdiyi vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et