Bu moda şirkəti əsl tərəvəzlərdən çanta hazırladı | Banco.az

Bu moda şirkəti əsl tərəvəzlərdən çanta hazırladı

Tamara Mustafayeva, Banco.az

Lüks istehlak markalarının fərqli məhsullar dizayn etməklə və ya məhsullarında qeyri-adi materiallara üstünlük verməklə maraqlı işlərə imza atmasına tez-tez rast gəlirik. Bu dəfə də görünür ki, tanınmış Fransız moda və geyim şirkəti Hermés yeni dizayn edilmiş modelləri ilə uzun müddət gündəmdə qalacaq.

Dizayner Ben Denzer tərəfindən əsl tərəvəzlərdən istifadə edilməklə dizayn olunan çantaların hazırlanmasında qulançar, kələm və xiyar kimi yaşıl tərəvəzlərə üstünlük verilib. Denzer alma və banan kimi meyvələrdən də bu kolleksiyada istifadə etmək istəsə də, sözügedən meyvələr lazımi struktur uyğunluğa malik olmadıqları üçün fikrindən daşındığını bildirib.

Dizaynerin hansı məqsədlə bu yeni və qeyri-adi dizayn nümunələrini reallaşdırdığı isə bəlli deyil. Şirkətin rəsmi Instagram hesabından yayımlanan fotoşəkillərlə isə Hermès’-in bu ilin sonunda mağazalarda satışa təqdim edilməsi planlaşdırılan dəri çantaları üçün alternativ yaratdığı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et