Bu məşhur geyim firması Beyonseyə görə adını dəyişdi | Banco.az

Bu məşhur geyim firması Beyonseyə görə adını dəyişdi

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beyonsenin yeni mahnısı “Levii's Jeans”dan sonra marka adını “Levii's Jeans” olaraq elan edib.

Banco.az xəbər verir ki, Beyonsenin son albomu olan “Cowboy Carter”də diqqət çəkən bir mahnı var.

“Levii's Jeans” adlı sözügedən mahnı yəqin ki, “Levi's” markasını narahat etməmək üçün qəsdən səhv yazılıb.

Ancaq mahnı çıxandan az sonra məlum oldu ki, məşhur geyim firması bu vəziyyətdən heç də narahat deyil. Hətta marka sosial media hesabında mahnıya uyğun olaraq loqosunu "Levii's Jeans" olaraq dərc edib.

Təbii ki, məşhur geyim firması birdən-birə adını dəyişmir. O, sadəcə fürsətdən istifadə edir və Beyonse pərəstişkarları ilə əlaqə yaradır ki, bu da çox yerində atılmış marketinq addımıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et