Bu mərkəzi banklar da faiz dərəcələrini artırıblar | Banco.az

Bu mərkəzi banklar da faiz dərəcələrini artırıblar

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveç və İsveçrə Mərkəzi Bankları inflyasiyanı cilovlamaq üçün ilin son iclasında faiz dərəcələrini artırıblar.

Banco.az xəbər verir ki, Norveç Mərkəzi Bankı uçot dərəcəsini 25 baza bəndi artıraraq 2,75%-ə çatdırıb. Beləliklə, faiz dərəcəsi ötən 13 ilin ən yüksək səviyyəsinə yüksəlib.

Ekspertlər də bunu proqnozlaşdırırdılar. Ölkə iqtisadiyyatında gözlənilməz inkişaf olmazsa, gələn il uçot dərəcəsinin 3 faiz səviyyələrində olacağı gözlənilir.

Xatırladaq ki, iyun ayında 20 ilin ən böyük faiz artımı qərarından sonra Norveçdə inflyasiya 35 ilin pik həddindən enməyə başlayıb.

İsveçrə Mərkəzi Bankı da artan inflyasiya təzyiqləri səbəbindən uçot dərəcəsini 50 bənd artıraraq 1 faizə çatdırıb. Bununla da, bank bu il üçüncü dəfə faiz dərəcələrini artırıb. Ölkədə inflyasiya isə avqustda 3,5 ilə ötən 30 ilin ən yüksək səviyyəsinə çatdıqdan sonra keçən ay 3 faizə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et