Bu Mərkəzi Bank yenidən faiz artımı qərarı verib | Banco.az

Bu Mərkəzi Bank yenidən faiz artımı qərarı verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avstraliya Ehtiyat Bankı (mərkəzi bank)  faiz dərəcələrini artırıb.

Banco.az xəbər verir ki, Avstraliya Ehtiyat Bankının (RBA) dünən başlayan və bu gün başa çatan iclasından sonra verilən bəyanatda uçot dərəcəsinin 25 baza bəndi artırılmaqla 2,85 faizdən 3,10 faizə qaldırıldığı bildirilib.

Xatırladaq ki, RBA ötən 8 iclasında ümumilikdə 300 baza bəndi faiz artımı reallaşdırıb.

Mərkəzi Bank bir daha vurğulayıb ki, əsas prioritetləri aşağı inflyasiyanın bərpası və onu 2-3 faiz aralığına qaytarmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et