Bu mərkəzi bank inflyasiya təzyiqləri azaldığı üçün faiz dərəcəsini dəyişməyib | Banco.az

Bu mərkəzi bank inflyasiya təzyiqləri azaldığı üçün faiz dərəcəsini dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İndoneziya Mərkəzi Bankı inflyasiya təzyiqləri azaldığı üçün uçot dərəcəsini sabit saxlayıb.

Banco.az xəbər verir ki, İndoneziya Bankı (mərkəzi bank) uçot dərəcəsi üzrə faiz göstəricisini dəyişməyib.

İnflyasiyanın azalması və ölkə valyutası olan rupinin məzənnəsinin güclənməsi pandemiyadan sonrakı dövrdə Cənub-Şərqi Asiyanın ən sərt monetar siyasətini həyata keçirən bankın bu qərarında həlledici rol oynayıb.

Belə ki, mərkəzi bank bugün baş tutan iclasda yeddi günlük tərs repo faizini dəyişməyərək 5.75% səviyyəsində saxlayıb.

Xatırladaq ki, faiz dərəcəsinin dəyişməz qalması ilə bağlı bu İndoneziya Bankının ölkədə ərzaq və yanacaq qiymətlərinin artmasına nəzarət etmək üçün ümumilikdə 225 bəndlik faiz artımı qərarına qədərki iyul ayından bəri ilk belə qərarıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et