Bu mərkəzi bank faiz dərəcələrini tarixi səviyyəyə qaldırıb | Banco.az

Bu mərkəzi bank faiz dərəcələrini tarixi səviyyəyə qaldırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveç Mərkəzi Bankı faiz dərəcələrini tarixi maksimuma çatdırıb.

Banco.az xəbər verir ki, İsveç Mərkəzi Bankı monetar sərtləşdirmə ilə bazarları təəccübləndirməyib.

Belə ki, mərkəzi bank uçot dərəcəsini 25 baza bəndi artıraraq 4 faizə çatdırıb. İqtisadçıların da proqnozu məhz bu istiqamətdə idi.

Qeyd edək ki, mərkəzi bank faiz dərəcəsini artırmaqla yanaşı, bu artımların davam edəcəyinə dair də siqnallar verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram