Bu mərkəzi bank da faiz qərarını açıqlayıb | Banco.az

Bu mərkəzi bank da faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Braziliya Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb.

Banco.az xəbər verir ki, Braziliya Mərkəzi Bankı (BCB) gözlənildiyi kimi uçot dərəcəsində dəyişiklik etməyib.

BCB tərəfindən yayılan bəyanat görə, etalon hesab edilən “Selic” dərəcəsi 13,75 faiz olaraq saxlanılıb. Ekspertlər də məhz belə qərar gözləyirdilər.

Xatırladaq ki, mərkəzi bank ardıcıl 12 iclasda ümumilikdə 1175 baza bəndi olaraq qəbul etdiyi faiz artımı qərarlarını sentyabr iclasında dayandırmışdı. Ötən iki iclasda isə faiz dərəcələrində heç bir dəyişiklik edilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et