Bu Mərkəzi Bank 7 ildən sonra ilk dəfə uçot faizini artırdı | Banco.az

Bu Mərkəzi Bank 7 ildən sonra ilk dəfə uçot faizini artırdı

Tamara Mustafayeva, Banco.az

Yeni Zelandiya Mərkəzi Bankı 7 ildən sonra ilk dəfə uçot dərəcəsini artırıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Yeni Zelandiya Mərkəzi Bankı faiz dərəcəsini artırıb, əlavə sərtləşdirmə siqnalı verib.

Yeni Zelandiya Mərkəzi Bankı (RBNZ) yeddi ildən sonra ilk dəfə uçot dərəcəsini 25 faiz bəndi artıraraq 0,5%-ə yüksəldib. İqtisadçılar sözügedən göstəricinin gələn ilin sonunadək 1,5%, 2023-cü ilin sonuna qədər isə 1,75% səviyyəsinə çatacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, mərkəzi bank inflyasiyanı nəzarətdə saxlamaq üçün əlavə sərtləşdirilməyə ehtiyac olacağını da vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram