Bu mənşə ünvanına insanlar səhvən pul göndərirlər - DİQQƏT! | Banco.az

Bu mənşə ünvanına insanlar səhvən pul göndərirlər - DİQQƏT!

Kriptovalyuta şəbəkələrindəki mənşə bloklarının özlərinə xas anlayışları və mənaları vardır. Bu bloklar yeni bir kriptovalyutanın həyatına gəldiyi anı təmsil edirlər. Layihə böyüdükcə mənşə blokları böyük bir şəbəkənin sütnunu kimi görünür.

Ethereum-un mənşə ünvanını yadda saxlamaq çətin deyil: 0x və 40 sıfır. Bu ünvan eyni zamanda səhvən 6 milyon Ether və 500 milyon dollar dəyərində ERC20 tokenləri almış bir ünvandır.

Mənşə ünvanı aldıqca alır

Əgər bir kriptovalyuta həqiqətən çox böyükdürsə və bəlli bir anlamı ifadə edirsə, insanlar həmin layihənin mənşə blokuna inamlarını bildirmək üçün müəyyən miqdarda pul göndərirlər. İnsanlar Satoşi Nakamotoya hörmət əlaməti olaraq Bitcoin-in mənşə blokuna BTC göndərmişdi. Eyni addım Ethereum-un qurucusu Vitalik Baterin üçün də atılır. Əslində eyni xidmət göstərsələr də, bunu fərqli səbəblərlə edirlər. Bitcoin istifadəçiləri Satoşi Nakamotoya hörmət əlaməti olaraq mənşə ünvanına BTC göndərərkən, Ethereum şəbəkəsinin istifadəçiləri səhv nəticəsində Ethereumun mənşə ünvanına pul göndərirlər.

0x0000000000000000000000000000000000000000 – bu Ethereum-un mənşə ünvanıdır. Gördüyünüz kimi, mürəkkəb quruluşu yoxdur. Sadə və yaddaqalan olması insanların səhv etmələrinə səbəb olur. Sahib olduğunuz ERC20 tokenlərinin sizi sonsuza qədər tərk etməsi üçün lazım olan tək şey barmağınızın sıfıra uyğunlaşmasıdır. “Reddit”-dəki bir istifadəçi problemləri ilə bağlı bunları qeyd edib:

“Mənşə ünvanına yolladığım “Golem”-i geri qaytarmaq mümkündürmü? Tokenlərimi Ethereum cüzdanımdan “Ledgar Nano S”-ə köçürürdüm, ancaq “göndərmək” düyməsinə vurmadan əvvəl bir ünvana girməyi unutdum. Belə problemlərin həlli nədir?”

Mənşə ünvanı kifayətlənmir

Eyni problemlərlə qarşılaşmış digər istifadəçi bütün sərmayəsinin (1,493 ETH) səhvən başqa hesaba yolladığını iddia edir. Mənşə ünvanı son 3 ildə ümumilikdə 750-dən çox əməliyyat aldı və hal-hazırda 6 milyon ABŞ dolları dəyərində olan 7000-dən çox ETH və 517 milyon dollar dəyərində 200-dən çox ERC20 tokeninə malikdir. Ethereum-un böyüməsi ilə ünvana ERC20 tokenləri də daxil olmağa başladı.

Ünvan hazırda 33 min “Aeternity”, təxminən yarım milyon “BAT”, 9.5 milyon “Bytom” və 750 min “Golem”-i özündə birləşdirir.

Ən sərfəli kredit üçün müraciət et

Bitcoin-in mənşə ünvanına göndərilən pullar ünvanın xarakteri və Satoşinin ortada olmadığına görə geri qaytarıla bilməz, amma Ethereum-da belə deyil. Əgər layihənin təsisçiləri bu ünvanın xüusi açarına hələ də sahibdirsə, bu ünvana göndərilən pulları avtomatik olaraq ödəyəcək bir ağıllı müqavilə yarada bilərlər. İnsanları səhvən başqa ünvanlara pul göndərməsi isə hələ də davam edir.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az