Bu jurnal tarixində ilk dəfə boş üz qabığı ilə nəşr olundu | Banco.az

Bu jurnal tarixində ilk dəfə boş üz qabığı ilə nəşr olundu

Bir çox tanınmış markanın koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə müəyyən tədbirlər gördüyü bir vaxtda moda jurnalı Vogue isə özünəməxsus bir addım atıb. Vogue İtaliya bu aykı nüsxəsinin üz qabığını pandemiya səbəbilə tamamilə boş saxlayaraq ağ rəngdə üz qabığı ilə nəşr olundu.

Vogue Italia's April cover will be blank in tribute to the ...

Tarixində ilk dəfə boş üz qabığı ilə nəşr olunan jurnalın baş redaktoru Emanuele Farneti ağ rəngin hörmət, yenidən yaranış və bütün rənglərin cəmini təmsil etdiyi üçün seçildiyini bildirib. Eyni zamanda ağ rəngi bu çətin vaxtlarda gecəsini gündüzünə qataraq və ən əsası da sağlamlıqlarını təhlükəyə ataraq koronavirus pandemiyası ilə mübarizə aparan səhiyyə işçilərinin geyindikləri bəyaz önlükləri də təmsil etdiyini də vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Dünyaca məşhur bu şəxs koronavirusla mübarizə üçün 1 milyard dollar bağışlayacaq

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et