"Bu ilin sonunadək çox cüzi bir resessiya olacaq" | Banco.az

"Bu ilin sonunadək çox cüzi bir resessiya olacaq"

"Proqnozlara görə, bu ilin sonunadək çox cüzi bir resessiya olacaq".

Bunu Prezident İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Mərkəzi Bankın sədri çıxışında bildirib ki, Azərbaycan bu böhranla əlaqədar çağırışlarla - xüsusilə əsas ixrac etdiyi məhsulların qiymətlərinin düşməsi ilə bağlı çağırışlarla üzləşmişdir:

"Lakin biz makroiqtisadi sabitliyi qoruya bilmişik, inflyasiyanın səviyyəsi təqribən 3 faizdir. Milli valyutanın kursu sabitdir və mübadilə kursu üzərində heç bir təzyiq yoxdur. Proqnozlara görə, bu ilin sonunadək çox cüzi bir resessiya olacaq. Lakin maliyyə sektorunda vəziyyət çox sabitdir və həmçinin bəzi qeyri-sabit bankların sistemdən çıxarılmasına nail olmuşuq. Həmçinin cənab Prezident, qorunan əmanətlərin sığortalanması üzrə qanunun müddəti artırılmışdır və maliyyə sektorunda sabitliyin qorunması üzrə bütün addımlar atılacaq".

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et