Bu ilin ötən ildən daha yaxşı olması üçün bunlara riayət edin | Banco.az

Bu ilin ötən ildən daha yaxşı olması üçün bunlara riayət edin

Müəllif: Gülnar Əhmədli, Banco.az

Böyük həyəcanla gözlədiyimiz yeni il nəhayət ki, gəldi. Hər il olduğu kimi bu il də ümidlərlə doluyuq. 2023-cü il çoxlarımız üçün çətin olsa da, 2024-cü ilin daha yaxşı olacağına ümid edirik. Yeni il ərəfəsində demək olar ki, hər kəs müxtəlif arzular edir. Hamımız özümüzə yeni hədəflər təyin edirik. Bu məqsədlər bizə daha xoşbəxt, daha dinc və daha gözəl bir il keçirməyə kömək edə bilər.

Bu səbəblə aşağıda qeyd etdiyimiz addımlara riayət edərək bu ilinizin ötən illərdən daha yaxşı olmasına şərait yarada bilərsiniz.

1. Daha az şikayət edin

Davamlı olaraq səhv bir şey axtardığınız zaman onu mütləq tapacaqsınız. Pozitivlərə diqqət yetirmək üçün özünüzü təhrik edin.

2. Başqalarını həvəsləndirin

Başqalarını mühakimə etməyə, onlarda səhv axtarmağa çalışmayın. İnsanları incitməyi dayandırın, əvəzinə onlara kömək etməyə çalışın.

3. Özünüzə vaxt ayırın

2024-cü ildə özünüzə, psixoloji və fiziki sağlamlığınıza daha çox önəm verin. Unutmayın ki, sizi sizdən daha çox düşünən biri yoxdur.

4. Özünüzü başqaları ilə müqayisə etməyin

Ən sərfəli kredit üçün müraciət et

Sosial media əsrində özünüzü kimsə ilə müqayisə etmədən bir gün keçmirmək demək olar ki, mümkün deyil. Amma bu il özünüzlə barışmağa çalışın.

5. Anın fərqində olun

Mövcud vəziyyətinizin və içində olduğunuz anın fərqində olun. Yaşadığınız hadisələrdən zövq almağa çalışın.

6. Hadisələrə görə narahat olmağı dayandırın

Bunu söyləmək etməkdən daha asan olsa da, şüurunuzu inkişaf etdirdikcə, narahatlığınızı azalda və diqqətinizi yaşadığınız ana cəmləyə bilərsiniz. Bəli, həyatda bəzi pis şeylər olacaq, amma daim narahat olmaq və düşünmək onlara mane olmayacaq. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et