Bu ilin ilk rübündə 140 milyon insan işini itirdi | Banco.az

Bu ilin ilk rübündə 140 milyon insan işini itirdi

Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Əmək Təşkilatı (ILO) Covid-19 böhranının başa çatma ehtimalının hələ uzaq olduğuna dair xəbərdarlıq edərkən eyni zamanda 2021-ci ilin ilk rübündə iş saatları üzrə 4,8% itki müşahidə olunduğunu, bunun isə öz növbəsində 140 milyon insanın işini itirməsi ilə nəticələndiyini açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Beynəlxalq Əmək Təşkilatı (ILO) "Məşğulluq və Dünyanın Sosial Mənzərəsi: Meyillər 2021" başlıqlı hesabatı Dünya Səhiyyə Təşkilatının "Covid-19"u pandemiya elan etməsindən təqribən 15 ay sonra yayımlayıb.

ILO Baş Direktoru Guy Ryder Cenevrə şəhərindən video-konfrans vasitəsilə həyata keçirdiyi mətbuat konfransında, "2021-ci ilin ilk rübündə pandemiya səbəbilə ümumi iş saatı üzrə 4,8% itki qeydə alınıb və bu da 140 milyon tamştatlı işə müvafiqdir", deyə bildirib.

Ryder qlobal işsizlik göstərcisinin 2019-cu ildə 187 milyon olduğunu, 2022-ci ildə isə bu rəqəmin 205 milyona çatmasını proqnozlaşdırdıqlarını vurğulayıb. O, həmçinin bildirib ki, bununla da qlobal işsizlik nisbətinin 5,7% səviyyəsinə çatacağı ehtimal edilir.

Qeyd edək ki, ILO hesabatında Covid-19 pandemiyasının səbəb olduğu iqtisadi böhrandan bu ilin ilk rübündə ən çox zərər çəkən bölgələrin isə Latın Amerikası, Karib hövzəsi və Mərkəzi Asiya olduğu bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram